Həmyerlisini maşınla vurub öldürdü

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-ddən verilən məlumata görə, mayın 26-da saat 17 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində şəhər sakini İnqilab İbrahimov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi İmamverdi Vəliyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31