Qadının boyunbağını zorla alan şəxsə 7 illik həbs cəzası verilib
26 May 2016 17:21 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Ziya Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Z. Ağayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il sentyabr ayında Bakıda küçədə qadına qarşı soyğunçuluq etmiş Z. Ağayev tutulub. O, Bakı şəhər sakini Sevil İsmayılovaya qarşı zor tətbiq edərək qızıl boyunbağını qoparıb qaçıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31