Merin qızı döyüldü-ŞOK!

Milli.Az Life News-a istinadən bildirir ki, Petrozavodsk şəhərindəki 42 saylı məktəbdə riyaziyyat müəllimi işləyən Mayya P. dərsdə 6-cı sinif şagirdi Sofya Fokinanın üstünə qışqırıb, sonra qızın qulağını dartıb və ona şillə vurub.Döyülən Sofya Petrozavodsk şəhər sovetinin 37 yaşlı sədri Oleq Fokin və hakim Yelena Bukinanın qızıdır.Valideynlər və məktəb rəhbərliyi baş vermiş insidentdən xəbər tutan kimi müəllim işdən qovulub.
Şagirdlərin dediyinə görə, Sofya və Mayya P. arasındakı münaqişənin səbəbi qızın əlindəki kağız qırıntılarını zibil vedrəsinə atmaqdan boyun qaçırması olub.Müəllim xahişini bir neçə dəfə təkrarlayandan sonra Sonyaya yaxınlaşıb və onu vurub.Şagirdlərdən biri insidenti mobil telefonu ilə çəkib.
Sofyanın valideynləri Mayya P.-ni məhkəməyə vermək niyyətindədirlər.Məktəbin şagirdləri isə müəllimi müdafiə edirlər.
Onlar Vkontakte sosial şəbəkəsində Sonya Fokinanın səhifəsində onu söyür, təhqir edirlər.
Sofya Fokina həmin şəbəkədə özünə yeni səhifə yaratsa da, sinif yoldaşları və məktəbin şagirdləri onu rahat qoymaq niyyətində deyillər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31