Başqasının avtomobilini hissələrə bölərək satıb

Cari il aprel ayının 28-də Gəncə şəhər sakini Azər Qurbanov Xırdalan şəhər sakini Aqil Şükürovu aldadıb. DİN-dən verilən məlumata görə, ona məxsus "MAN" və "MAZ" markalı avtomobilləri hissələrə bölərək sataraq pulunu mənimsəyib. Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qurbanov tutulub. Faktla əlaqədar cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31