Suraxanı rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 30-cu və 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də Asif Rüstəmova məxsus evdən 2200 ABŞ dolları və qızıl əşyalar oğurlamış Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Anar Nehmətov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31