Külli miqdarda siqaretin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 41200 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. DGK-dan verilən məlumata görə, idarənin gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında "Samur" gömrük postunun gömrük nəzarəti zonasında 2 avtomobilə baxış keçirib. Yoxlama zamanı avtomobillərin müxtəlif yerlərindən gömrük nəzarətindən gizlədilən 41200 ədəd siqaret aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31