Maştağa sakinindən 3,5 kq marixuana götürülüb

Maştağa sakinində xeyli miqdarda narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Canbaxış Babayevdən 5,60 qram, yaşadığı evə baxış zamanı isə 3 kiloqram 515 qram marixuana aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31