Prezidentin qızının evinə həbs qoyuldu
3 Noyabr 2012 13:29 KriminalMoskvada Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın evinə həbs qoyulub.O, Moskvanın mərkəzindəki "Kamelot" yaşayış kompleksindəki evi 2003-cü ildə alıb. Mənzilin o vaxtı qiyməti 1,5-2 milyon dollar olub. Mənzilin sahəsi 420 kv.metrdir. Evin indiki qiyməti təxminən 10,1 milyon dollardır.
CNews agentliyinin məlumatına görə, Gülnarə Kərimovanın əmlakına həbs qoyulması MTS şirkətinin Özbəkistandakı törəmə müəssisəsi ətrafında baş verənlərlə əlaqədar ola bilər. Özbəkistan hökuməti müəssisənin top-menecerlərini vergi ödəməkdən imtinada ittiham ediblər. Şirkətin dörd əməkdaşı həsb edilib, rabitə şirkətinin əmlakı dövlətə verilib, lisenziyası ləğv olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31