Qətldə təqsirləndirilən gəncə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Əsgər Sultanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə, o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il noyabr ayında Abşeronun Mehdiabad qəsəbəsində 1958-ci il təvəllüdlü Təhməz İsmayılov bıçaqla qətlə yetirilib. Araşdırma nəticəsində qətli 1991-ci il təvəllüdlü Əsgər Sultanovun törətdiyi məlum olub və o, saxlanılıb. Ə. Sultanov ifadəsində bildirib ki, Təhməz İsmayılov anasının telefonuna zəng edərək onu narahat etdiyi üçün onu öldürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31