40 min siqareti gizli şəkildə keçirmək istəyərkən saxlanıldı
24 May 2016 17:59 KriminalXaçmaz Gömrük İdarəsinin əməkdaşları 4 fakt üzrə külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya istiqamətindən "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan avtomobillərə baxış keçirən gömrükçülər nəqliyyat vasitələrinin salonlarındakı gizli saxlanc yerlərindən gömrük orqanına əvvəlcədən bəyan olunmayan külli miqdarda - 40 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edib. Bütün faktlarla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31