Goranboyda 3 ulduzlu otel inşaa olunacaq
24 May 2016 15:55 Kriminalİqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Goranboy rayonunda işgüzar forum keçirib. Nazirlikdən verilən məlumata görə, görüşdə sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: südlük istiqamətli cins heyvandarlıq kompleksinin yaradılması; intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması; gips əsaslı üzlüklər və dam örtükləri istehsalı müəssisələrinin və 3 ulduz otelin yaradılması. Mayın 24-dən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31