Soyğunçular ələ keçib
24 May 2016 15:11 KriminalBakı şəhər sakininə qarşı soyğunçuluq etmiş şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də Bakı şəhər sakini Bahar Vəlizadəyə məxsus içərisində 102 manat, açar və mobil telefon olan pul kisəsini açıq talama yolu ilə almış Cəbrayıl rayon sakini Yunis Mehdiyev və Ağdam rayon sakini Sahib Haqverdiyev tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha bir paytaxt sakininə məxsus içərisində 140 manat pul, mobil telefon, sənəd və açarlar olan çantanı soyğunçuluq yolu ilə almaları da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31