“EL Metal” MMC-də oğurluq olub

Mayın 19-na keçən gecə Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Rafiq İmanova məxsus "EL Metal" MMC-yə məxsus təmir sexindən 2000 manat dəyərində mis profillər oğurlanıb. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Sürət Babayev, Röyal Məmmədov və Furman İsgəndərov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31