Tərtər sakinindən odlu silah götürülüb
24 May 2016 15:08 KriminalTərtər rayon sakinində osdlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərində Tərtər rayon sakini Eldəniz Abbasovdan "Makarov" markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Həmçinin Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkan qəsəbəsində yaşayan Coşqun Babayevin evinə baxış zamanı "AK-74" markalı silah və 28 ədəd patron aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31