Sumqayıtda 9 mərtəbəli binada yanğın olub
1 nəfər tüstüdən zəhərlənib, 10-u təxliyyə olunub
24 May 2016 12:27 KriminalSumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31