Qanunsuz silah gəzdirməkdə təqsirləndirilən hüquqşünasın məhkəməsi başlayıb
24 May 2016 11:23 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq odlu silah gəzdirməkdə təqsirləndirilən Vüqar Abışovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Məlumata görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyunun 2-nə təyin edilib.
Qeyd edək ki, V. Abışov ötən il Sumqayıtda saxlanılıb. Onun üzərindən odlu silah aşkar edilib. Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsinə əsasən ittiham edilən V. Abışovun hüquqşünas olduğu, əvvəllər Sumqayıtdakı zavodlardan birində çalışdığı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31