Rusiya vətəndaşı Gəncədə evi qarət edib

Gəncə sakini Mehriban Məmmədovanın mənzili qarət edilib. DİN-dən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də Mehriban Məmmədovaya məxsus evdən 2160 manat pul və 2000 manat dəyərində qızıl əşyalar oğurlamış Rusiya Federasiyası vətəndaşı Elvira Sadıqova tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31