Dibçəkdə əkilmiş narkotik vasitə aşkarlanıb

Balakən sakini dipçəkdə narkotik vasitə bitki əkib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bunu edənin rayon sakini Amid Atayev olduğu müəyyənləşib. Məlum olub ki, A.Atayev Tülü kəndindəki evinin həyətində aqrotexniki qaydada dipçəkdə becərilmiş 8 ədəd çətənə kolu becərib. Kollar aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31