Binə sakininin həyətində 11 ədəd çətənə kolu aşkar edilib
23 May 2016 15:45 KriminalBinə sakinində narkotik maddə aşkarlanıb. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Şıxəli Əliyevin Binə qəsəbəsindəki evinə baxış zamanı 5 kiloqram 16,56 qram marixuana aşkar edilib. Onun həyətyanı sahəsinə baxış zamanı isə aqrotexniki qaydada becərilmiş 11 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31