Gömrükdən metal detektor keçirmək istədi

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda piyada xətti ilə Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə gömrük baxışı keçirilib. DGK Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı gömrük orqanına əvvəlcədən bəyan olunmayan "SİQNUM MFT 7272M" markalı metal detektor aşkar olunaraq götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31