Məsciddə nəşə satanlar tutuldular
2 Noyabr 2012 18:49 Kriminalİstanbulda məscidin həyətində narkotik maddələr satdıqları sübut olunan 18 nəfəri polis həbs edib. Milli.Az DHA-ya istinadən bildirir ki, mütəşəkkil cinayətkar şəbəkə qurmuş bu şəxslər Türkiyənin cənub-qərb bölgələrində yetişdirilib hazırlanmış narkotik maddələri satmaqla məşğuldular. Polisdən verilən məlumata görə, S.B.-ni n başçılıq etdiyi dəstə İstanbulun Qaziosmanpaşa, Avçılar, Büyükçekmece rayonlarında xüsusilə aktiv şəkildə narkoticarətlə məşğul olub. Dəstə üzvlərinin evlərində gizlətdikləri və həyətlərdə torpağa basdırdıqları 445 qram heroin, 4,8 qram kokakin, 1,771 kiloqram nəşə, odlu silahlar və çoxsaylı mobil telefonlar müsadirə olunub.
Ələ keçənlər dəstə üzvlərinin çox kiçik hissədəki "ehtiyat"ı olduğundan axtarışlar davam edir.
Dəstənin üzvləri narkotik maddələri, əsasən, məscidlərin həyətlərində satırmışlar.