Bakıda məktəbdə yanğın - YARALANANLAR VAR
23 May 2016 10:33 KriminalBakının Xətai rayonunda orta məktəbdə baş vermiş yanğın söndürülüb.Lent.az-ın məlumatına görə, 95 saylı orta məktəbin birinci mərtəbəsində başlayan yanğın ümumilikdə 30 kvadrat metr ərazini əhatə edib. Nəticədə otaqdakı mebellər və pəncərələr yanıb. Hadisə zamanı məktəbin bəzi sinif otaqlarına şagirdlərin daxil olmasına icazə verilməyib. 1 nəfər ayağından yüngül xəsarət alıb və ona hadisə yerində tibbi yardım göstərilib.Report-un hadisə yerində olan əməkdaşı isə xəbər verir ki, yanğının söndürülməsi zamanı yanğınsöndürənlərdən biri əlindən xəsarət alıb.Bundan başqa, məktəbin müəllimlərindən birinin halı pisləşib.Hər iki şəxsə ilkin tibbi yardım olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31