Əyləncə gecəsində söyüş söyən qızı döydülər - VIDEO
22 May 2016 13:22 KriminalSosial şəbəkələrdə gənc qızların davasının görüntüsü yayılıb.BAKU.WS-in məlumatına görə, hadisə Moskvada baş verib. Kadrlardan görünür ki, əyləncə gecəsində qızlar rəfiqələrindən birini döyməyə başlayır.Qızın bədəninə və başına zərbələr vurulub. Yerdən qalxa bilməyən qız gənclərdən dayanmağı xahiş edir. Ancaq onun xahişinə məhəl qoymayan qızlar gənc xanımı saçından dartıb və təhqir ediblər.Münaqişənin yaranmasının səbəbi məlum deyil. Versiyalardan birinə görə, döyülən qız əyləncə gecəsində spirtli içki qəbul etdikdən sonra söyüş söyməyə başlayıb. Bundan qəzəblənən qızlar rəfiqlərini döyməyə başlayıblar.Qızların davası zamanı gənclər əylənib və hətta döyülən qıza gülüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31