Avtobus qəzaya düşdü: 10 ölü, xeyli yaralı var

Pakistanda avtobusun iştirakı ilə ağır yol qəzası baş verib, nəticədə ən azı 10 nəfər ölüb, daha 18 nəfər isə yaralanıb. Trend  bildirir ki, avtobus yük avtomobili ilə toqquşub. Hadisə Nəsirabad şəhərinin yaxınlığında baş verib.Yaralılar yaxınlıqdaki xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbi bildirilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31