Maşın oğurluğu ilə mşğul olan dəstə ifşa edilib
20 May 2016 15:36 KriminalGəncədə maşın oğurluğu ilə məşğul olan dəstə aşkar edilib. DİN-dən verilən məlumata görə, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də şəhər sakini Arif Məmmədova məxsus "VAZ-2107" markalı avtomobili qaçırmış həmyerliləri Xəyal Abdullayev, əvvəllər məhkum olunmuş Pərviz Quliyev, Goranboy rayon sakinləri, əvvəllər məhkum olunmuş Həsən Məmmədov, onun oğlanları Elşən və Sahil tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha 3 avtomobili qaçırmaları və Həsən Məmmədovun şəhər ərazisində kirayədə yaşadığı evin həyətində hissələrə sökərək satmaları müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31