Nardaran hadisələri ilə bağlı saxlanılan şəxsin vəsatəti təmin edilməyib

Nəsimi rayon  Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan Abbas Hüseynovun girov müqabilində azadlığa buraxılması barədə müdafiə tərəfinin vəsatətinə baxılıb. Abbas Hüseynovun vəkili Fariz Namazlının APA-ya verdiyi məlumata görə, məhkəmə vəsatəti təmin etməyib. Həmin qərardan apellyasiya şikayəti veriləcək. Vəkil əlavə edib ki, istintaq orqanı  A. Hüseynova qarşı Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29,120.2.3, 29, 120.2.1, 29, 120.2.4-ü bəndləri ilə yeni ittiham irəli sürüb. Bundan əvvəl o, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və digər maddələri ilə ittiham olunurdu.

Qeyd edəki ki, ötən il noyabrın 26-da DİN-in Nardaranda keçirdiyi əməliyyat zamanı özünü "Müsəlman Birliyi" təşkilatının sədri kimi təqdim edən Taleh Bağırovla birlikdə  60-dan çox şəxs saxlanılıb. Əməliyyat zamanı 2 polis əməkdaşı həlak olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31