Bakıda daha bir mütəşəkkil dəstə ifşa olundu

Bakıda daha bir mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Dəstə mayın 13-də yaxalanıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mütəşəkkil dəstəni Nəsimi polisi ələ keçirib. Nəsimi Rayon Polis İdarəsi 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin may ayı ərzində Şahmar Əsgərova, Asif Əmirsultanova, Ramin Məmmədova, Sadıx Xəlilova məxsus avtomaşınlardan oğurluq etmiş Bakı şəhər sakinləri Fuad Məmmədov, Fehruz Qarayev və Nicat Çobanov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31