Rusiya Dövlət Duması administrasiyasının şöbə müdiri həbs olundu - FOTO
2 Noyabr 2012 14:03 KriminalAndrey Vostrov deputat köməkçisi vəzifəsini satmaq adı ilə dələduzluq etməkdə ittiham olunur.Rusiya Dövlət Duması administrasiyasının şöbə müdiri həbs olunub. APA-nın verdiyi məlumata görə, Tver Rayon Məhkəməsinin qərarı ilə dələduzluqda ittiham olunan Andrey Vostrov barəsində həbs qəti-imkan tədbiri seçilib.
Qeyd edək ki, A. Vostrov deputat köməkçisi vəzifəsini satmaq adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunur. Rusiya Dövlət Təhqiqat Komitəsi onun iki ayrı şəxsə 1,2 milyon rus rublu (37 min dollar) müqabilində deputat köməkçisi vəzifəsini satdığı haqda məlumat yayıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində A. Vostrov oktyabrın 30-da deputat köməkçisi vəzifəsini "satarkən" yaxalanıb. Onun barəsində Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ilə (dələduzluq) cinayət işi açılıb, araşdırma aparılır.