İnsan alverilə bağlı 53 qurban müəyyən edilib
2 Noyabr 2012 13:15 Kriminal2012-ci ilin on ayında Azərbaycanda insan alveri ilə bağlı 53 qurban müəyyən edilib. Bu barədə məlumat verən daxili işlər nazirinin müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Kordinator Vilayət Eyvazovun sözlərinə görə, müəyyən edilmiş 53 qurbanından 19-u Türkiyəyə, 12-si İrana, 2-si Birləşmiş Ərəb Əmirliklərinə, 14-ü isə Rusiya Federasiyasına aparılıb. Məlumata görə, insan alveri qurbanlarından 6 nəfəri ölkə daxilində istismara cəlb olunub. Qurbanlardan 4-ü təhsilsiz (7,4 faiz), 4-ü natamam orta (7,4 faiz), 45-i orta təhsilli (84,9 faiz), 35-i subay, 17-si evli, 2 nəfəri isə yetkinlik yaşına çatmayan olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31