Gülər Əhmədova: "Mən də danışacağam..."
Gülər Əhmədova “itkin düşən” Sevinc Babayeva haqda açıqlama verdi
2 Noyabr 2012 12:26 KriminalAzərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə bağlı araşdırma aparan bloqer Elnur Məcidli bildirmişdi ki, G.Əhmədovanın məlum videosunda adı hallanan Sevinc Babayeva "sabiq deputatın bağında gizlədilib".
"Yeni Müsavat"ın əməkdaşı ilə söhbətində G.Əhmədova bu iddiaları yalanladı. Dedi ki, onun bağının harada olduğunu hamı bilir və orada S.Babayeva yoxdur.Bu arada G.Əhmədova "Yeni Müsavat"ı da ona qarşı şər-böhtan kampaniyası aparmaqda ittiham etdi: "Düz 1 ay 6 gündür sizin qəzet mənim haqqımda şər yazır. Darıxmayın, mən də danışacam. Gözləyin".O ki qaldı G.Əhmədova ilə bağlı aparılan istintaqın gedişinə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun imzası ilə "Yeni Msavat"a daxil olan elektron məktubda deyilir: "Tərəfimizdən məlumat verildiyi kimi, qeyd edilən cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, aidiyyəti orqanlara sorğular və əməliyyat tapşırıqları verilmişdir. Eyni zamanda hazırda iş üzrə dindirmələr və digər zəruri istintaq hərəkətləri yerinə yetirilir. İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir".
"Yeni Müsavat"