Xaçmazda sürücü piyadanın ölümünə səbəb oldu
Piyada qəza nəticəsində ölüb
2 Noyabr 2012 12:10 KriminalBu gecə Xaçmaz şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Polis Şöbəsindən ANS PRESS-in bölgə müxibirinə verilən məlumata 38 yaşlı Natiq Lətifov vurulub. Qəza nəticəsində piyada hadisə yerində ölüb. Piyadanı vuran "VAZ 2106" markalı maşının sürücüsü 23 yaşlı Bəhruz Bədəlov olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31