Bakıda iki sərnişin avtobusu toqquşub, xəsarət alanlar var
2 Noyabr 2012 09:53 KriminalBakının Sabunçu rayonunda yol qəzası baş verib. Bu barədə Trend-in hadisə yerində olan müxbiri xəbər verir.Məlumata görə, Zabrat qəsəbəsində, Balaxanı yolunda iki sərnişin avtobusu toqquşub.Qəza nəticəsində yolda tıxac yaranıb.Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə zamanı ölən olmayıb, 3 nəfər yüngül xəsarət alıb.Avtobuslardan biri 198 saylı marşrut avtobusu olub.Şahidlərin bildirdiyinə görə, qəza nəticəsində ümumilikdə 7 nəfər xəsarət alıb. Onlardan üçü şəxsi avtomobillərlə xəstəxanaya aparılıb.Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov isə Trend-ə bildirib ki, hadisə yerinə gələn təcili yardım briqadaları 4 nəfəri 3 saylı Sabunçu rayon xəstəxanasına yerləşdiriblər. Xəsarət alanlar sınıq və daxili orqanların küt zədələri ilə xəstəxanaya yerləşdiriliblər.