Dəhşət! Valideynləri oğlanla gördükləri 15 yaşlı qızın üstünə sirkə turşusu tökdülər
Ata və ana bədəni yanan qızı səhərə qədər xəstəxanaya aparmayıblar
2 Noyabr 2012 09:15 KriminalPakistanda valideynləri 15 yaşlı qızın üstünə sirkə turşusu töküblər. ANS PRESS-in məlumatına görə, valideynləri qızı oğlanla gördüklərinə görə cəzalandırıblar.Yerli polis əməkdaşlarının sözlərinə görə, atası qızı əvvəlcə döyüb, sonra isə arvadı ilə birlikdə onun üstünə sirkə turşusu töküblər. Qız ağır xəsarətlər alıb. Lakin valideynləri onu səhərədək xəstəxanaya aparmayıblar.Səhəri gün xəstəxanaya aparılan 15 yaşlı qızın bədəninin 70 faizinin yandığı müəyyənləşib. O, xəstəxanada dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31