Xəstə qızını Bakıya müalicəyə gətirən ata şok yaşadı

Müalicə üçün topladığı pullar əlindən çıxdı.Xəstə qızını Bakıya müalicəyə gətirən ata başına gələnlərdən şoka düşüb. Milli.Az-ın məlumatına görə, Yevlax sakini Sadıx Xəlilovun övladının sağalması üçün topladığı pullar bir anda əlindən çıxıb. Onun pulları cinayətkarlar tərəfindən avtomobilindən oğurlanıb. Cinayət hadisəsi Nəsimi rayonu, Zərdabi küçəsində olub. Nəsimi Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, S.Xəlilov maşınını xəstəxananın qarşısında saxlayıb, qızı ilə içəri keçib. Qayıdan zaman isə "Mercedes" markalı avtomobilinin şüşəsini sınmış görüb. Maşında olan 1080 manat pul, mobil telefon və geyim əşyaları oğrular tərəfindən aparılıb.S.Xəlilov başına gələnlərlə bağlı dərhal polisi məlumatlandırıb. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. Nəsimi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 20-ci polis bölməsi əməkdaşlarının xəstə puluna göz dikməkdə şübhəli bilinən dəstənin üzvlərini -  Bakı şəhər sakinləri Fuad Məmmədov, Fehruz Qarayev və Nicat Çobanovu qandallayıb. İstintaq zamanı dəstənin digər cinayət əməlləri də ortaya çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31