Yevlax və Bərdədə quldurluq edən mütəşəkkil dəstəyə hökm oxundu
1 Noyabr 2012 16:01 KriminalŞəki Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bərdə rayon sakinlərindən ibarət mütəşəkkil dəstə üzvlərinin işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bu barədə OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Novruz İsmayılov 10 il, Nazir Tağıyev 9 il, Karado Məmmədov 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, dəstə üzvləri Yevlax şəhəri ərazisində Fərəh Məhərrəmovaya qarşı quldurluq ediblər. Xanımı bıçaqla hədələyən təqsirləndirilən şəxslər onun mobil telefonunu əlindən alıblar. İstintaq araşdırmaları zamanı təqsirləndirilən şəxslərin Yevlax və Bərdə rayonları ərazisində 10-dan çox şəxsi qarət etmələri müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31