Siyəzəndə dəhşətli qətl törədən şəxslərə 29 il cəza verildi

Bakı Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Siyəzən rayonunda dəhşətli qətl hadisəsi törətməkdə təqsirləndirilən rayon sakinləri, 23 yaşlı Vüqar Bəkirov və 29 yaşlı Natiq Camalovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirlən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Natiq Camalov 15 il, Vüqar Bəkirov 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, ötən ilin dekabrın 3-də saat 09:00 radələrində Siyəzən rayonunun Qırçal kəndi ərazisində üzərində 30-dan artıq bıçaq yarası almış və zorakılığa məruz qalmış kişi meyiti aşkar edilib. Araşdırmalar nəticəsində məlum olub ki, bu, qətlə yetirilən Sumqayıt şəhər sakini, Səməd Vurğun 24 ünvanında yaşayan və Sumqayıt Şəhər Polis İdarəsində itkin kimi axtarışda olan 22 yaşlı Elvin Vəliyevdir.  İstintaqla müəyyən edilib ki, Natiq Camalov Elvin Vəliyevlə əvvəllər aralarında baş vermiş münaqişəyə görə onu qəsdən öldürmək qərarına gəlib. O, Bakının Binə qəsəbəsində birgə kirayə qaldığı həmyerlisi Vüqar Bəkirovla birlikdə taksi fəaliyyəti ilə məşğul olan Elvin Vəliyevin avtomaşınına əyləşərək, onları Siyəzən şəhərinə aparmağı xahiş edib.
Şəhərə çatdıqdan sonra onlar maşını Qırçal kəndinə sürdürüblər. Kəndə çatmamış yolun kənarında avtomobili saxladaraq Elvini avtomobildən düşürüblər. Natiq ona bıçaqla zərbələr vurmağa başlayıb. Elvinə gücü çatmayan Natiq dostu Vüqardan kömək istəyib. Dostlar birlikdə Elvini yerə yıxıb çoxsaylı bıçaq zərbələri vuraraq onu öldürüb və maşını oğurlayıblar.
Onu da əlavə edək ki, Vüqar Bəkirov Azərbaycan Milli Aviasiya Akademiyasının tələbəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31