Bərdədə avtomobil yandı - Sürücü yanaraq...
8 May 2016 10:42 KriminalBərdə rayonu, Piyadalar kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salon hissəsi yanmışdır.
ATV.az xəbər verir ki, yanğın zamanı sürücü yanıq xəsarəti almış və yanğın bölmələri hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılmışdır.
Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.
Yanğın saat 02:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31