Bakıda dərsdən qayıdan müəllimə faciəvi şəkildə öldü
1 Noyabr 2012 13:40 KriminalOktyabrın 31-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Həsənoğlu küçəsində 1983-cüil təvəllüdlü İsmayılov Nəsimi Bayram oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə Nərimanov rayon sakini, 1962-ci il təvəllüdlü Xəlilova Rəhilə Hüseyn qızını vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Qeyd edək ki, qəzada ölən 50 yaşlı qadın orta məktəb müəlliməsi olub və məktəbdən evə qayıdırmış. Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31