Sumqayıtda zavodda yanğın
1 Noyabr 2012 12:51 KriminalSumqayıtda daha bir zavodda yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə oktyabrın 31-də baş verib. Şəhərdə fəaliyyət göstərən Etilen-Polietilen zavodunun hazırda fəaliyyət göstərməyən E-1 sexində söküntü işləri aparılarkən tutumu 70 m3 olan boş çəndə istehsalat qalıqları yanıb. Sex yanğından mühafizə olunub. Yanğın saat 11:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31