Gülər Əhmədovanın işçisi döyüldü
1 Noyabr 2012 06:26 KriminalNizami rayon K.Balakişiyev 24 ünvanında küknar ağaclarının kəsilməsi ilə bağlı araşdırma aparan "Mərkəz" qəzetinin əməkdaşı Coşqun Əliyev (Calaloğlu) köhnə 4 saylı Taksi dayanacağının rəhbəri Emin Abbasovun təziqinə məruz qalıb.
Bu barədə "Qafqazinfo"ya C. Əliyev özü məlumat verib. O bildirib ki, ərazinin rəhbəri kimi özünü təqdim edən E. Abbasov onu kobud ifadələrlə hədələyərək kürəyinə zərbə endirilib. Müvazinətini itirən jurnalist dəhlizin daş lövhəsinə dəyib. Hadisə yerinə toplaşan işcilər tərəfində E.Abbasov öz otağına aparılıb. Mübahisə zamanı müxbirə ərazini tez tərk etməyi və müdirin əsəbi olduğunu deyiblər.
Coşqun Əliyev "Qafqazinfo"ya bildirib ki, baş vermiş hadisədən təəssüflənir: "Emin Abbasov məni təhqir etdi. Daha sonra kürəyimə zərbə endirdi. Müvazimatımı itirərək divara söykəndim. Faktla bağlı yerli hüquq mühafizə orqanlarına müraciət edəcəm".
Qeyd edək ki, "Mərkəz" qəzetinin sahibi keçmiş millət vəkili Gülər Əhmədovadır.