Qadınlar əxlaqsız hərəkətinə görə avtobusda kişini döydülər

Qadınlar əxlaqsız hərəkətinə görə avtobusda kişini döydülərTürkiyədə ictimai nəqliyyatda maraqlı hadisə baş verib.Sərnişin avtobusunda bir kişi qadınlara cinsiyyət orqanını göstərdiyi üçün döyülüb. Kişinin hərəkətindən hiddətə gəlmiş qadın sərnişinlər kişini əvvəlcə döyüblər, daha sonra polisə şikayət ediblər. Qadınların şikayəti əsasında 34 yaşlı kişi həbs olunub.Avtobusun sürücüsü jurnalistlərə açıqlamasında hadisəni görmədiyini deyib. O bildirib ki, qadınlar kişini döydükdən sonra xəbər tutub:"Mən hadisənin necə baş verdiyini görməmişəm. Qadınlar bir kişini döyməyə başladılar. Avtobusu kənara çəkdim. Həmin ərazidə olan polis əməkdaşları hadisəyə müdaxilə etdilər". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31