Bakıda bir qardaşı öldürüb, birini yaralayana 13 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürərək bir nəfəri yaralamaqda təqsirləndirilən 19 yaşlı Qaraca Qaracayevin məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Qaraca Qaracayev 13 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Q.Qaracayev bu il mayın 22-də Xətai rayonu, Zığ yolu, 27 saylı binanın qarşısında qonşusu, 50 yaşlı Aydın Məmmədov və onun 52 yaşlı qardaşı Vaqifi bıçaqlayıb. Aydın Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib,Vaqif Məmmədov isə xəstəxanaya açtdırılıb.  Hadisəyə səbəb sərxoş Vaqif Məmmədovun qonşu qadını söyməsi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31