Mülkə görə əmisini öldürən şəxsə 15 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Bakı şəhər sakini Babalı Qənbərovun məhkəməsi başa çatıb. "OLAYLAR"ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Babalı Qənbərov 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 29 yaşlı B.Qənbərov ötən il iyunun 29-da Bakı şəhəri, Əbilov küçəsində mübahisə zəminində ögey əmisi 60 yaşlı Eyvaz Həkimovu ov tüfəngindən atəş açaraq qətlə yetirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31