Sumqayıt sakinini boğub öldürən xaçmazlının məhkəməsi başladı
31 Oktyabr 2012 15:51 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda qətl törətməkdə təqsirləndirilərək həbs olunan Xaçmaz rayon sakini Əli Səfərovun məhkəməsi başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə iş üzrə ittiham aktı elan olunub və təqsirləndirilən şəxs ifadə verib. Əli Səfərov ittihamlarda özünü qismən təqsirli bilib. İttihama görə, Ə.Səfərov bu il iyunun 27-də Sumqayıt şəhərində, "Nəsimi" adına İstirahət Parkında münaqişə zəminində Sumqayıt şəhər sakini Mehman Səlimovu boğaraq öldürüb. Daha sonra Əli Səfərov könüllü Sumqayıt Şəhər Polis İdarəsinə gələrək təslim olub.
Tanışlar arasında mübahisə sərxoşluq zəmnində baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31