Milli Ordunun nümunəvi zabiti niyə öldürüldü – TƏFƏRRÜAT
31 Oktyabr 2012 15:30 KriminalOktyabrın 30-da Şirvan şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar məlum olub. Lent.az-ın məlumatına görə, Şirvan şəhərində 1963-cü il təvəllüdlü Abdullayev Məharət Əbülfəz oğlunun ov tüfəngi ilə güllələyərək qətlə yetirdiyi 32 yaşlı Kakavan Fərid İnqilab oğlu Azərbaycan Ali Hərbi Məktəbində çalışırmış.
Məlumata görə, F.Kakavan ali hərbi təhsilini Türkiyədə alıb, bir sıra ölkələrdə müasir hərb elminə yiyələnib. Bundan sonra isə F.Kakavan Ali Hərbi Məktəbdə xidmətə başlayıb. Burada o, kapitan rütbəsinə və bölük komandiri vəzifəsinədək irəli çəkilib.
Hadisə baş verən gün F.Kakavan həmyerlisi A.Məhərrəmovla görüşüb. A.Məhərrəmov hərbçinin atasının ona borcu olduğunu bildirib. Lakin tərəflər məsələni həll yolunu tapa bilməyiblər və münaqişə yaranıb. A.Məhərrəmov öncədən gətirərək gizlətdiyi ov tüfəngi ilə yaxın məsafədən K.Kakavana atəş açıb. İkinci xəstəxanaya aparılarkən yolda ölüb.
Fakt üzrə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
****
Oktyabrın 30-da Şirvan şəhərində dəhşətli qətl hadisəsi törədilib. Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 1963-cü il təvəllüdlü Abdullayev Mərhəmət Əbülfəz oğlu həmyerlisi 1980-ci il təvəllüdlü Kavakan Fərid İnqilab oğlunu güllələyərək qətlə yetirib. M.Abdullayev 32 yaşlı F.Kavakanı ov tüfəngində açdığı atəşlə vurub. İkinci hadisə yerində dünyasını dəyişib.
M.Abdullayev tutulub. Fakt üzrə cinayət işi başlanılıb.
Qətlin səbəbləri hələlik açıqlanmır.