Toyda dəhşət! 24 nəfər öldü, 42 nəfər yaralandı

Səudiyyə Ərəbistanında toyda dəhşətli hadisə baş verib. "OLAYLAR"ın xarici mətbuata istinadən yaydığı məlumata görə¸ toy zamanı ziyafət iştirakçılarını elektrik cərəyanı vurub. Hadisə nəticəsində 24  nəfər ölüb, 42 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Məlumata görə, hadisə oktyabrın 30-da Səudiyyə Ərəbistanının şərqində baş verib. Gecə vaxtı toy zamanı yüksək gərginlikli elektrik xətti olan elektrik dirəyi qəfil restoran olan binanın üstünə aşıb və elektrik xətti binanın dəmir qapısına toxunub. Hadisədən həyəcanlanan ziyafət iştirakçıları qapıya tərəf qaçıb binadan çıxmaq istəyib. Qapıya yaxınlaşan ziyafət iştirakçılarını bir-bir tok vurub. Ölən və yaralananların əksəriyyətinin qadın olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31