Bakıda restoranda adamları güllələdilər: yaralanan var, 4 nəfər həbs edilib - YENİLƏNİB - FOTO
22 Aprel 2016 10:13 KriminalAprelin 22-nə keçən gecə Bakıda restoranlardan birində baş vermiş silahlı qarşıdurma zamanı 2 nəfər xəsarət alıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 21 radələrində Badamdar qəsəbəsində yerləşən "Bulaq" kafesində müştərilər arasında dava düşüb. Dava zamanı odlu silahdan atəş açılıb və iki nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya aparılıblar.Bildirilir ki, hadisənin iştirakçılarından 4 nəfər artıq həbs olunub. Hazırda Bakı Şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31