Bakıda restoranda atışma

Bakıda güllələnmə hadisəsi baş verib.

Musavat.com-un məlumatına görə, hadisə Badamdar qəsəbəsindəki "Bulaq" restoranında qeydə alınıb.

İlkin məlumata görə, restoranın müştəriləri arasında dava düşüb. Dava zamanı odlu silahdan atəş açılıb, bir nəfər yaralanıb.

Hazırda hadisə yerində polis əməkdaşları araşdırma aparırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31