Bağlı qapı arxasında qalan uşaq xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2010-cu il təvəllüdlü azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə,  dərhal  nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər altımərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan eyvana enməklə daxil olublar. Mənzilə baxış keçrilərkən gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq valideynlərinə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31