“Qafqaz” fabrikindən oğurluq edilib
30 Oktyabr 2012 17:41 KriminalSabirabadda "Qafqaz" fabrikindən oğurluq hadisəsi baş verib. Bu barədə Publika.Az-a Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, Sabirabad şəhərində yerləşən "Qafqaz" fabrikindən 1 ədəd qaynaq aparatı və 1 ədəd elektrik mühərriki oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Elnur Xəlilov tutulub. Onu da əlavə edək ki, Elnur Xəlilov əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşayıb. Faktla bağlı cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31